Unibank müsabiqəsi davam edir!

Unibankİlin ən əsas və səs-küylü yeni media hadisəsi olan Bloqosfer 2010 haqqında yazılar hələ də yazılmaqdadır. 10-larla bloqda bu tədbir haqqında  maraqlı materiallara rast gəlmək olar. Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, Qəşşşşşəng sponsorumuz olan Unibank ilə birlikdə elan etdiyimiz müsabiqəyə yazıların (həmçinin foto və ya video süjetlərin) qəbulu davam edir:

1. Bloqosfer haqqında ən maraqlı yazı. 3 bloq yazısı Unibank plastik kartı + 50 manat qazanacaqdır. (tənqidi yazılar da qəbul olunur :) )

2. Nə üçün Unibank bloqçulara dəstək olmalıdır? mövzusunda ən maraqlı material isə Unibank plastik kartı + 100 manat pul qazanacaqdır.

2-ci mövzu təkcə Bloqosfer iştirakçıları üçün deyil, bütün bloqçular üçün açıqdır. Materiallar yazı, foto və ya video süjet formasında bloqda yerləşdirilə bilər. Bloqlarınıza keçidləri bu postun şərhlərində yerləşdirə bilərsiniz.

Deadline: 24 sentyabr, saat 23:00

Qaliblərin adları 28 sentyabr tarixində keçiriləcək mətbuat konfransında elan olunacaqdır. Əlavə suallarınız olarsa təşkilat komitəsinə müraciət edin!

Hamıya uğurlar arzu edirik! :)

28 şərh : "Unibank müsabiqəsi davam edir!"