Hesabatlar və müzakirələr
Forumda ilk öncə Azərbaycanda İnternetin, bloqosferin, yeni medianın vəziyyəti ilə bağlı ilkin hesabat dinləniləcək. Hər bir forum iştirakçısı bu hesabatın hazırlanmasında iştirak edə bilər.
Bundan əlavə, regionlarda İnternetin hal-hazırki vəziyyəti haqqında da kiçik yazılı hesabat və ya video süjetlərin hazırlanmasına da ehtiyacımız var.
Hesabatların hazırlanmasında iştirak üçün forum(ət)bloqosfer.com ünvanı vasitəsi ilə Azər Nəzərovla əlaqə saxlamaq lazımdır.
Forum 2 hissədən ibarət olacaq.
1. İnteraktiv forum
Bu forum klassik qaydalarla yanaşı müassir tendensiyaları da özündə əks etdirir.
• İlk öncə ekspertlərin yeni media ilə bağlı hazırladığı hesabatlar dinləniləcək.
• Bu forumda müzakirə mövzuları təşkilatçılar tərəfindən öncədən deyil, forumun gedişatı zamanı iştirakçıların özləri tərəfindən təyin olunur.
• Forum iştirakçıları müzakirə mövzularını təyin edərək kiçik qruplarda qərarlaşdırdıqları məsələləri müzakirə edəcəklər.
• Hər bir qrup müzakirə mövzularının nəticəsi olaraq problem və çıxış yollarından ibarət təqdimat hazırlayacaq.
• Bütün təqdimatlar plenar sessiyalarda dinləniləcək, müzakirə olunacaq və səsə qoyulacaq
• Sonra, bloqerlər kiçik paralel sesiyalarda öz təcrübələri və layihələri istiqamətində təqdimatlar edəcəklər.
• Sonda isə, təqdimatlar əsasında Dövlət, Beynəlxalq qurumlara, Qeyri Hökümət Təşkilatına və geniş ictimaiətə ümumi müraciət hazırlanacaq və səsə qoyulacaq.
2. Forumun ikinci hissəsi Barkamp formatında (qeyri-konfrans) olacaq və burada iştirakçılar öz təcrübələrini, nailiyyətlərini əks etdirən təqdimatlarla çıxış edə biləcəklər.
• Hər bir iştirakçı təqdimat hazırlaya bilər.
• Təqdimat etmək istəyən hər bir şəxs öz mövzusunu tədbir zamanı cədvələ özü daxil edəcək.
• Təqdimatlar 25 dəqiqə (aralarında 5 dəq fasilə) olmaqla 3 paralel sessiyada təşkil olunacaq.
• Təqdimatlar yalnız İnternet, yeni media və bloq mövzularında ola bilər.
• Təqdimatlar sizin təcrübənizi, ideyalarınızı və ya müəyyən təkliflərinizi və ya nailiyyətlərinizi əks etdirməlidir.
• Aşağıdakı mövzularda təqdimat etmək olmaz:
A) Reklam xarakterli
B) Şablon-elmi-nəzəri
C) Siyasi və ya dini
Təqdimatlarla bağlı bütün suallarınızı aşağıda – şərhlərdə yaza bilərsiniz.











Teqdimatlarin vaxti aydin olmadi. Her kes 25 deqiqe danisa biler?
kim təqdimat etmək istəyirsə edə bilər (əgər təqdimat etməyə mövzusu varsa). Hər təqdimat 25 dəqiqədir.
Men isteyirem Azerbaijan elmi ve bloqchuluq movzusunda teqdimat edim
bu movzu uygundur ??
tam olaraq təqdimatınızın məzmununu bilmirəm, amma adından münasib mövzuya oxşayır
İlk treninqə bir az gecikmək olarmı? Nahar vaxtına çatmaq yəni. Çünki səhər tezdən deyil də 10-da gəlmək mümkündür.
Əgər öz hesabınıza gəlirsinizsə, məsləhətdir ki, .11 sentyabr saat 10.00-a catasınız.
Forum hesabına isə 11 sentyabr saat 10.00 tədbirə gəlmək üçün SON vaxtdır.
Mene teqdimat;n formati catmadi. arasdirma tipli olmalidi?! slaydlarla ves?