Qeydiyyat və seçim haqqında.

Elan etdiyimiz kimi Bloqosfer 2010 Forumuna qeydiyyat 5 sentyabr tarixində yekunlaşır. Bu ana qədər foruma 181 nəfər qeydiyyatdan keçmişdir ki, onların içərisindən forum hesabına iştirak edəcək 70 nəfər seçiləcək. Qeydiyyatdan keçmiş bütün şəxslərə seçimlə əlaqədar e-mail göndəriləcək.

Foruma olan böyük marağı nəzərə alaraq Təşkilat Komitəsi qeydiyyatı daha 3 gün artırır (8 sentyabr saat 22:00-a qədər). Bu müddətdə qeydiyyatdan keçən şəxslər yalnız öz hesabına və ya yarım öz hesabına foruma qoşula biləcəklər (regiondan olan iştirakçılar istisnadır).

Qeydiyyatdan keçmiş bütün iştirakçıların diqqətinə aşağıdakı məqamlərı çatdırmaq istəyirik:

1. Sizin seçilib-seçilməməyiniz haqqında məlumat 6-7 sentyabr tarixində e-mailinizə daxil olacaq.

2. Yalnız e-mail vasitəsilə müsbət cavab almış iştirakçılar tədbirə qoşula bilərlər.

3. Əgər siz qeydiyyatdan keçmisinizsə və 7 sentyabra kimi sizə heç bir cavab gəlməyibsə forum@bloqosfer.com ünvanına bu haqda məlumat yazın.

4. Və seçilmiş iştirakçılara iştirakla bağlı bütün məlumatlar e-mail vasitəsilə göndəriləcək.

Sonunda sizə bildirmək istəyirik ki, Bloqosfer 2010 Forumu Nabranda yerləşən Atlant İstirahət Mərkəzində keçiriləcək.

Forumda görüşmək ümidi ilə.

2 şərh : "Qeydiyyat və seçim haqqında."

  • Perviz deyir ki:
  • Ilgar Mirza deyir ki: