BLOQOSFER2010 FORUMUNDA İŞTIRAK EDƏCƏK ŞƏXSLƏRİN AŞAĞIDAKI QAYDALARLA TANIŞ OLMALARI VACİBDİR:
1. Forum istirahət düşərgəsi deyildir.
2. Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.
3. Forumun gündəlik iş programına əməl etmək vacibdir. İş programı əvəzinə əyləncə və digər işlərlə məşğul olaraq tam programa maraq göstərməkdən imtina edən iştirakçılar dərhal evinə və vətəninə yola salınacaqdır.
4. Forumda son günə qədər iştirak vacibdir.
5. Son günə qədər iştirak edə bilmədikdə bu haqda təşkilatçıları ən gec foruma iki gün qalmış məlumatlandırmaq lazımdır.
6. Asudə vaxtda forum programından kənar və əlavə xərc tələb edən digər istirahət xərclərini iştirakçı özü ödəyir.
7. İştirakçılar hər otağında 2-3 nəfər yerləşə biləcək iki otaqlı kotejlərdə yerləşdiriləcək.
8. Forum zamanı təşkilat tərəfindən çəkilən bütün foto və vidolar İTİM təşkilatına məxsusdur. Təşkilat həmin materiallardan gələcək də istifadə edə bilər. Tədbir zamanı iştirakçılar tərəfindən çəkilmiş foto, video, səs yazıları təşkilatçıların icazəsi olmadan İTİM təşkilatına aid olmayan heç bir layihədə istifadə oluna bilməz.
9. İştirakçılar şəxsiyyətlərini təsdiq edən sənədin surətini forum zamanı sənədləşmə üçün təqdim etməlidirlər.
10. Forum yalnız 70 nəfərin xərcini (yol, 2 günlük qalmaq və qidalanmaq) öz üzərinə götürə biləcək. Hər bir iştirakçı 10 manat məbləğində iştirak haqqı ödəməlidir. Əgər siz öz və ya təmsil etdiyiniz qurumun hesabınıza iştirak etmək imkanındasınızsa, foruma dəstək olaraq xərclərinizin bir hissəsini öz və ya təmsil etdiyiniz qurumun üzərinə götürə bilərsiniz. Bununla da forum iştirakçılarının sayını artırmağa kömək etmiş olacaqsınız.
10.1. Diqqət: Yalnız Bakı, Xırdalan, Sumqayıt və Abşeron sakinləri iştirak haqqı ödəməlidirlər. Digər regionlardan tədbirə qoşulanlar iştirak haqqından azaddırlar.
10.2. Digər regionlardan qoşulanlar birbaşa və ya Bakıya gələrək tədbirə yollana bilərlər. Sizin yol xərciniz Forum tərəfindən qarşılanacağı təqdirdə, müvafiq biletlər təqdim olunmalıdır.










