Kimlər üçün?

Bloqosfer 2010-da aşağıdakı şəxslər iştirak edə bilərlər:

  1. Bloqçular -  yazı sahəsindən asılı olmayaraq (sosial, texnoloji, marketinq və ya ümumi mövzulu və s.)
  2. Yeni media mütəxəssisləri,
  3. Yeni mediada maraqlı olan jurnalistlər,
  4. Dövlət, biznes, o cümlədən də QHT-lərin PR nümayəndələri,
  5. Web 2.0 mütəxəssisləri (developerlər).

Hər bir Forum iştirakçısı aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

  1. Ölkəmizdəki Bloqçuluq və Yeni Media problemlərini başa düşmək, müzakirə etməyə açıq olmaq;
  2. Gördüyü problemlərin həll yolunu tapmağa təşəbbüs göstərmək;
  3. Öz təcrübəsini həmkarları ilə bölüşməyin vacibliyini başa düşmək;
  4. Ən əsası, İnterneti öz evi kimi bilmək, bu evi daha yaxşı etmək arsuzunda olmaq! :)

DİQQƏT! Regionlardan olan nümayəndələrin iştirakı vacib və arzu olunandır!

Əgər siz də forumda iştirak etmək istəyirsinizsə qeydiyyatdan keçin.