Sep
28
Bu gün, Azərbaycan Media Mərkəzində Bloqosfer 2010 forumunun yekunlarına həsr olunmuş press konfrans keçirilmişdir. Tədbirdə Bloqosfer iştirakçılarının müzakirələri və səs vermələri nəticəsində seçilmiş mövzular üzrə təkliflər elan olundu.
Forumun nəticəsi kimi təqdimatlardan çıxan 20 təklif BLOQOSFER 2010 FORUMUNUN MÜRACİƏTİ sənədində öz əksini tapmışdır. Bütün təklfilər əlaqədar qurumların diqqətinə çatdırılacaqdır.
Tədbirdə Unibank ilə birlikdə elan olunmuş bloq yazıları müsabiqəsinin qaliblərinin adları da açıqlandı. Bunlar aşağıdakılardır:
Bloqosfer haqqında ən maraqlı yazı
Anar Əliyev – Bloqosfer 2010
Rüfət Əhmədzadə – Duzosfer
Hacı Hacıyev və Əhməd Muxtar – Bloqosferin məzəli kard arxası
Nə üçün Unibank bloqçulara dəstək olmalıdır?:
Tural Babayev – Unibank: “Nə üçün bloqçular?”
Bu bloqçular Unibankdan plastik kart və kiçik pul uduşları qazandılar. Bütün qalibləri təbrik edirik!











