Bloqosfer haqqında məlumatı paylaşaq

Bloqosfer 2010Bloqosfer 2010 forumu haqqında məlumatları paylaşaraq daha da çox və daha da maraqlı iştirakçıları cəlb edə bilərik. Bu işdə aşağıdakı addımları ataraq hər biriniz bizə kömək edə bilərsiniz:

1. Forumda maraqlı ola biləcək dostlarınıza və tanışlarınıza forum haqqında məlumat göndərmək,

2. Bloqunuzda və ya saytınızda Bloqosfer 2010 haqqında məlumat və fikirlərinizi yazmaq (keçid qoymağı unutmamaq şərtiylə),

3. Bloqunuza və ya saytınıza Bloqosferin bannerlərini yerləşdirərək. Sizə uygun ölçüdə olan banneri seçə bilərsiniz.

Əgər sizə lazım olan ölçüdə banner yoxdursa, həmin bölmədə şərhlərdə bunu qeyd edin, çalışarıq ki, həmin ölçüdə bir şey hazırlayaq :) Siz özünüz də banner hazırlayaraq yerləşdirə bilərsiniz və ya bizə gönədrin, bannerlər bölməsinə əlavə edək.

Bu işdə bizə  dəstək olduğunuz üçün təşəkkür edirik (bannerləri hazırlayanlara xüsusi təşəkkürlər). Əl-ələ verib forumumuzu daha da faydalı edə biləcəyimizə inanırıq.

4 şərh : "Bloqosfer haqqında məlumatı paylaşaq"