Sep
14
2 aya yaxın davam edən hazırlıq işlərinin nəticəsi olan Bloqosfer 2010 forumu yekunlaşdı. Tədbirdə 100 nəfərə yaxın bloqçu, yeni media və İnternet mütəxəssisləri, dövlət, biznes, təşkilat nümayəndələri iştirak etdilər. Təklif olunan 18 mövzudan 7-si müzakirəyə çıxarıldı. Müzakirə mövzularından 5-inin təqdimatı səsvermə ilə qəbul olundu.
Barkamp üslubunda olan fərdi təqdimatlar hissəsində isə, 12 təqdimat yer aldı. Bütün təqdimatların faylları slideshare-də və saytımızda yerləşdiriləcək. Bundan əlavə, çıxışların video variantları da yutub kanalımızda yer alacaq.
Tədbirdə iştirak etmiş və bizə dəstək olmuş hər bir şəxsə təşəkkürümüzü bildiririk. Forum bitsə də, Bloqosfer layihəsi hələ ki, bitməyib – tezliklə nəticələrə həsr olunmuş mətbuat konfransı təşkil olunacaqdır.












Fövqəl-forum və fövqəl-şəkil !!!
tebrikler!!! cox isterdim ki orda olum. inshallah bundan sonraki tedbirlerde goruserik! ellerinize saglik turkler demisken!
Hər şey əla idi! Təşəkkürlər!
Bu günkü məhrumiyyət və məhdudiyyətlər içində, mükəmməl sayıla bilər. Amma, gələn forum daha yaxşı olmalıdır. Bunun üçünsə, nə istəsəniz şəxsən mənə buyura bilərsiniz. Uğurlar.
Biz də bütün iştirakçılara təşəkkür edirik. Siz olmasaydınız tədbir belə möhtəşəm alınmazdı!
Həqiqətən möhtəşəm idi.Bir region gənci kimi deyə bilərəm bizlər üçün faydalı və əvəzolunmaz gün oldu.Daha geniş təəssüratlarımı sossiumda bildirəcəyəm.Uğurlar