Jul 11
23
Bloqosfer 2010 Forumu uğurla başa çatdı. Haqqında çox danışıldı, yazıldı. Sevinc hissi ilə bildirmək istəyirik ki, Forum bu il də keçiriləcək. Bununla əlaqəli bütün məlumatları Bloqosfer 2011-in öz saytından – bloqosfer.com/2011 -dən əldə edə bilərsiniz.
Bütün bloqçuları Bloqosfer 2011-də görməyə şad olarıq!
p.s. 2010 üçün nəzərdə tutulmuş saytda şərh yazmaq imkanı 23 iyul 2011-ci il tarixindən etibarən bağlanacaq.
Bu gün, Azərbaycan Media Mərkəzində Bloqosfer 2010 forumunun yekunlarına həsr olunmuş press konfrans keçirilmişdir. Tədbirdə Bloqosfer iştirakçılarının müzakirələri və səs vermələri nəticəsində seçilmiş mövzular üzrə təkliflər elan olundu. davamı »
Sep 10
20
İlin ən əsas və səs-küylü yeni media hadisəsi olan Bloqosfer 2010 haqqında yazılar hələ də yazılmaqdadır. 10-larla bloqda bu tədbir haqqında maraqlı materiallara rast gəlmək olar. Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, Qəşşşşşəng sponsorumuz olan Unibank ilə birlikdə elan etdiyimiz müsabiqəyə yazıların (həmçinin foto və ya video süjetlərin) qəbulu davam edir:
1. Bloqosfer haqqında ən maraqlı yazı. 3 bloq yazısı Unibank plastik kartı + 50 manat qazanacaqdır. (tənqidi yazılar da qəbul olunur
)
2. Nə üçün Unibank bloqçulara dəstək olmalıdır? mövzusunda ən maraqlı material isə Unibank plastik kartı + 100 manat pul qazanacaqdır.
Sep 10
14
2 aya yaxın davam edən hazırlıq işlərinin nəticəsi olan Bloqosfer 2010 forumu yekunlaşdı. Tədbirdə 100 nəfərə yaxın bloqçu, yeni media və İnternet mütəxəssisləri, dövlət, biznes, təşkilat nümayəndələri iştirak etdilər. Təklif olunan 18 mövzudan 7-si müzakirəyə çıxarıldı. Müzakirə mövzularından 5-inin təqdimatı səsvermə ilə qəbul olundu.
Sep 10
6
Elan etdiyimiz kimi Bloqosfer 2010 Forumuna qeydiyyat 5 sentyabr tarixində yekunlaşır. Bu ana qədər foruma 181 nəfər qeydiyyatdan keçmişdir ki, onların içərisindən forum hesabına iştirak edəcək 70 nəfər seçiləcək. Qeydiyyatdan keçmiş bütün şəxslərə seçimlə əlaqədar e-mail göndəriləcək.
Foruma olan böyük marağı nəzərə alaraq Təşkilat Komitəsi qeydiyyatı daha 3 gün artırır (8 sentyabr saat 22:00-a qədər). Bu müddətdə qeydiyyatdan keçən şəxslər yalnız öz hesabına və ya yarım öz hesabına foruma qoşula biləcəklər (regiondan olan iştirakçılar istisnadır).
Qeydiyyatdan keçmiş bütün iştirakçıların diqqətinə aşağıdakı məqamlərı çatdırmaq istəyirik:
Aug 10
31
Bu günü Dünya Bloqosferi Beynəlxalq Bloq Günü kimi qeyd edir. Hər bir bloqçu 31 avqustu öz peşə (maraq) günü hesab edə bilər. Bütün bayramlar kimi bu günün dən öz adət ənənələri var: bloqçu bu gündə aşağıdakıları etməlidir -
1. 5 yeni və maraqlı gələn bloq tapmalıyıq;
2. Həmin bloqlar haqqında kiçik bir yazı yazıb onlara keçid verməliyik;
3. Yazını mütləq elə məhz 31 avqustda post etməliyik;
4. BlogDay2010 teqini əlavə etməliyik və bayramın rəsmi www.blogday.org saytına keçid verməliyik.
Beləliklə, mənim şəxsi bloqum təmirdə olduğu üçün ənənəni burada davam etdirirəm:
Aug 10
23
Bloqosfer 2010 forumu haqqında məlumatları paylaşaraq daha da çox və daha da maraqlı iştirakçıları cəlb edə bilərik. Bu işdə aşağıdakı addımları ataraq hər biriniz bizə kömək edə bilərsiniz:
1. Forumda maraqlı ola biləcək dostlarınıza və tanışlarınıza forum haqqında məlumat göndərmək,
2. Bloqunuzda və ya saytınızda Bloqosfer 2010 haqqında məlumat və fikirlərinizi yazmaq (keçid qoymağı unutmamaq şərtiylə),
3. Bloqunuza və ya saytınıza Bloqosferin bannerlərini yerləşdirərək. Sizə uygun ölçüdə olan banneri seçə bilərsiniz.
Aug 10
17
Nəhayət ki, Azərbaycan İnternetinin bloqçuları və yeni media mütəxəssisləri bir araya gəlmək, fəaliyyətlərini müzakirə etmək şansını əldə etdilər. “Bloqosfer 2010″-a hazırlıq artıq başlamışdır və 10-12 Sentyabr 2010cu ildə Xudat rayonunun Nabran qəsəbəsində keçiriləcəkdir. Bloqsferin təşkilinə dəstək olmaq istəyən hər bir şəxsi sıralarımızda görməyə sevinərdik.
Qızmar, süst yaydan sonra iş mövsümə bol-bol motivasiya və ideya ilə dolu başlayın! Bloqosfer 2010-a qeydiyyat açıq elan olunur!